...

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya proqram təminatları satın alacaq

Telekommunikasiya Materials 27 Noyabr 2012 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/Trend, müxbir H. Vəliyev/

Azərbaycan Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tətbiqi proqram təminatlarının satınalınması məsədilə kotirovka sorğusu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tender Komissiyasının məlumatında deyilir.

Kotirovka sorğusunda iştirak etmək üçün nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
(notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə), vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış, vergi uçotu haqqında arayış (əgər sadələşdirilmiş vergi ödəyicisidirsə) tələb olunur.

Sənədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında qəbul edilir. Əlavə məlumat almaq üçün: Tel: 465-87-93, 465-87-94 (daxili 126). Əlaqələndirici şəxs: Vəli Məstəliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti