...

"Azərpoçt" şəxsi axtarış sistemini hazırlayıb

Telekommunikasiya Materials 10 Fevral 2013 11:11 (UTC +04:00)
"Azərpoçt" MMC poçt indeksləri və şöbələrinin şəxsi axtarış sistemini hazırlayıb.
"Azərpoçt" şəxsi axtarış sistemini hazırlayıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC poçt indeksləri və şöbələrinin şəxsi axtarış sistemini hazırlayıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədr müavini Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, maraqlandıran indeksi və poçt şöbəsi haqqında informasiyanı əldə etmək üçün axtarış sətirinə indeksi daxil etmək lazımdır. Daha sonra maraqlandıran poçt şöbəsini seçib onun yeri və bu poçt şöbəsi və başqalarının xidmət göstərdikləri iş qrafiki, həmçinin ünvanların siyahısı haqqında tam məlumat əldə etmək mümkün olacaq.

"Hazırda sistem test rejimində işləyir və mart ayından başlayaraq ictimaiyyət üçün açıq olacaq. Hazırda təxminən sistemdəki məlumatların 95 faizi həqiqi vəziyyəti əks etdirir. Sistemdəki məlumatlar yeni bina və yaşayış massivlərinin meydana çıxması ilə əlaqədar müntəzəm şəkildə əlavə olunur", - Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti