...

Azərbaycana mobil telefonların idxalı 22,8 faiz artıb

Telekommunikasiya Materials 11 Fevral 2013 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/

2012-ci ilin yekun nəticələrinə əsasən, Azərbaycana ümumi dəyəri 8680,5 min dollar olan 182 422 ədəd mobil telefon idxal olunub. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2011-ci illə müqayisədə (ötən il 148 480 ədəd mobil telefon idxal edilib) idxal olunan mobil telefonların sayı 22,8 faiz artıb, pulla ifadədə isə bu göstərici 0,6 faiz azalıb.

Ölkəyə hər ay orta hesabla 13-15 min ədəd mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 720 min dollardan çox təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti