...

Azərbaycanda hökumət və xüsusi dövlət rabitəsindən istifadə qaydaları təsdiqlənib

Telekommunikasiya Materials 22 Fevral 2013 18:26 (UTC +04:00)
Nazirlər Kabineti "Hökumət rabitəsindən istifadə Qaydaları"nı və "Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları"nı təsdiq edib. Bu barədə Trend cümə günü Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.
Azərbaycanda hökumət və xüsusi dövlət rabitəsindən istifadə qaydaları təsdiqlənib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir H.Vəliyev/

Nazirlər Kabineti "Hökumət rabitəsindən istifadə Qaydaları"nı və "Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları"nı təsdiq edib. Bu barədə Trend cümə günü Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.

Qaydalara əsasən, hökumət və xüsusi dövlət rabitəsindən yalnız hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər həm respublika daxilində gizli danışıqlar, həm də MDB ölkələrinin dövlət strukturlarının rəhbərləri ilə danışıqların həyata keçirilməsi zamanı istifadə edə bilərlər.

Hökumət rabitəsinin telefon aparatının və digər qurğularının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması yalnız Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı tərəfindən həyata keçirilir.

Hökumət və xüsusi dövlət rabitəsinin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı ilə birlikdə həyata keçirilir.

Xüsusi dövlət rabitəsinin xətlərini konsentrator və ya başqa kommutasiyalı qurğulara qoşmaq, həmçinin telefon aparatına cütləşmə və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.

Xüsusi dövlət rabitəsi vasitəsilə məxfi danışıqlar yalnız xüsusi şifrəli telefon aparatları quraşdırıldıqda aparıla bilər.
Bu qaydaların tələblərini pozan vəzifəli şəxsin xüsusi dövlət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti