...

Xızıda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Telekommunikasiya Materials 28 Fevral 2013 14:19 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.
Xızıda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti tədbir fevralın 28-də Xızı rayonunda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Xızı və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilmişdir. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd etmişdir ki, "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilmişdir. Bu isə Nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir.

Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti