...

Dünya Bankı Azərbaycanın tibb işçilərinin İT biliklərinin artırılmasını maliyyələşdirir

Telekommunikasiya Materials 28 Fevral 2013 15:23 (UTC +04:00)
Səhiyyə Nazirliyi yanında "Səhiyyə sektorunda islahatlar layihəsi" (SSİL) və Dünya Bankının (DB) dəstəyi ilə "Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərində 617 səhiyyə işçisi üçün "Səhiyyə işçiləri üçün informasiya texnologiyalarının əsasları" adlı təlimlər həyata keçirir.
Dünya Bankı Azərbaycanın tibb işçilərinin İT biliklərinin artırılmasını maliyyələşdirir

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir H.Vəliyev/

Səhiyyə Nazirliyi yanında "Səhiyyə sektorunda islahatlar layihəsi" (SSİL) və Dünya Bankının (DB) dəstəyi ilə "Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərində 617 səhiyyə işçisi üçün "Səhiyyə işçiləri üçün informasiya texnologiyalarının əsasları" adlı təlimlər həyata keçirir.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, məqsəd həkim, tibb bacısı və səhiyyə işçilərini kompüterin əsasları, ofis proqramları, şəbəkə, rəqəmsal həyat tərzi və şəxsi məlumatların təhlükəsizliyi üzrə təlimatlandırmaqdır.

Təlimlər "Səhiyyə sektorunda islahatlar layihəsi"ni maliyyələşdirmək məqsədilə Dünya Bankı tərəfindən Azərbaycan üçün ayrılmış kredit hesabına maliyyələşir. SSİL-in məqsədi səhiyyə sahəsində maliyyənin idarə edilməsi sistemini təkmilləşdirməkdə İT təminatının zəruriliyini vurğulamaqla sağlamlıq göstəricilərini yaxşılaşdırmaq və davamlılığını təmin edərək, seçilmiş rayonlarda zəruri səhiyyə xidmətlərinə çıxış imkanlarını və bu xidmətlərin keyfiyyətini artırmaqdan ibarətdir.

"Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərindəki təlim mərkəzlərində təlimləri təşkil edir. Təlim iştirakçıları yüksək keyfiyyətli təlim materialları, lazımi avadanlıq və mərkəzlərdə internetdən səmərəli və rahat istifadə edilməsi üçün hər cür şəraitlə təmin ediliblər. Altı sessiyadan ibarət olan 48 saatlıq təlimlər iştirakçılara interaktiv üsul və iş formalarından istifadə etməklə iş yerlərində müasir texnologiyaların tətbiqi sayəsində səmərəliliyi aşılayır.

Qeyd edək ki, sözügedən təlimlər mart ayının sonuna qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti