...

"Nar Mobile" gənclər üçün karyera imkanları yaradır

Telekommunikasiya Materials 5 Mart 2013 13:06 (UTC +04:00)
Fevral ayının 25-dən martın 1-dək Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən karyera həftəsində iştirak edib.
"Nar Mobile" gənclər üçün karyera imkanları yaradır

Azərbaycan, Bakı, 5 mart /Trend/

Fevral ayının 25-dən martın 1-dək "Nar Mobile"ın nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən karyera həftəsində iştirak ediblər.

Gənclərə daha geniş seçim imkanı yaratmaq üçün, karyera həftəsinə ölkənin müxtəlif şirkətləri cəlb olunub. Karyera həftəsi çərçivəsində "Azerfon" şirkətini ("Nar Mobile"ın ticarət nişanı) şirkətin İnsan resursları departamentinin əməkdaşları təmsil edib. "Nar Mobile" stendinə yaxınlaşan gənclər, şirkət haqqında və şirkətdə karyera imkanları barədə geniş məlumat əldə ediblər.

Təqdimat zamanı şirkət nümayəndələri tələbələrin bilik və bacarıqları ilə ətraflı tanış olublar. Eyni zamanda "Azerfon"a CV ilə müracit edən gənclər departamentin əməkdaşları tərəfindən qeydiyyata alınıb. Tədbirin keçirilməsində əsas məqsəd gənclər və şirkətlər arasında bir körpü rolunu oynamaq, təhsilini tezliklə başa vuracaq tələbələrə müxtəlif sahələrdə iş imkanları yaradaraq, seçim etməkdə köməklik göstərməkdir.

Gənclərə və təhsilin təşviqinə yönəlik layihələr və tədbirlər "Nar Mobile"ın Korporativ Sosial Məsuliyyət siyasətinin (KSM) əsas hissəsi və ümumilikdə şirkətin prioritet hesab etdiyi sahələrdən biridir. Şirkət hər il gənclərin peşəkarlığının artırılmasına, karyera imkanlarına, təhsilin təşviqinə yönələn çoxlu sayda layihə həyata keçirir. Bütün bunlar ilk növbədə gənclərin peşəkarlığının artması məqsədini daşıyır və ölkədə müxtəlif ixtisaslı kadrların yaranmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti