...

Azərbaycanda qeydiyyatdan keçməyən 161 radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 2 Aprel 2013 10:16 (UTC +04:00)
По итогам первого квартала 2013 года, Отделом эфирного контроля Государственного управления по радиочастотам Азербайджана (ГУР) было выявлено 161 единица незарегистрированных радиоэлектронных средств (РЭС),
Azərbaycanda qeydiyyatdan keçməyən 161 radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 2 aprel / Trend, müxbir H. Vəliyev/

2013-cü ilin I rübü ərzində Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara Nəzarət şöbəsinin iş planına daxil olmuş göstəriş və müraciətlərə əsasən 173 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DRİ-nin yaydığı məlumatda deyilir.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 161 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanmışdır. Onlardan 120 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər götürülüb.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 24 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti