...

Bu ayın sonunadək Azərbaycanda "eTwinning" layihəsi həyata keçiriləcək

Telekommunikasiya Materials 2 Aprel 2013 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "eTwinning" məktəb tərəfdaşlığı layihəsinin aprel ayının sonuna kimi həyata keçirilməsinə başlanacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.

Avropa İttifaqının (Aİ) texniki dəstəyi ilə həyata keçirilən layihənin təqdimetmə mərasimi aprel ayında Ukraynada baş tutacaq.

Azərbaycan layihədə 10 məktəblə təmsil olunacaq. Avropa Komissiyası layihənin 80 faizini maliyyələşdirilir. Qalan 20 faiz isə daxili resurslar hesabına ödəniləcək.

Layihəyə qoşulacaq Azərbaycan məktəbləri orada iştirak etmək üçün lazımi tələblərə tam cavab verir. Məktəblər texniki avadanlıqlarla və internetə çıxışla təmin olunub, müəllimlərin hazırlığı isə yüksək səviyyədədir

"eTwinning" platformasında işləmək üçün müəllimlərə təlimlərin keçilməsi planlaşdırırlır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti