...

Nar Mobile-dan yeni "Narla Qazan" kampaniyası

Telekommunikasiya Materials 2 Aprel 2013 17:23 (UTC +04:00)
"Nar Mobile" abunəçilərinə müxtəlif məbləğdə pul mükafatları və ali hədiyyə olan - "Hyundai Santa Fe" markalı avtomobil udmaq şansı təqdim edir.
Nar Mobile-dan yeni "Narla Qazan" kampaniyası

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Nar Mobile" abunəçilərinə müxtəlif məbləğdə pul mükafatları və ali hədiyyə olan - "Hyundai Santa Fe" markalı avtomobil udmaq şansı təqdim edir.

"Nar Mobile"ın yeni "Narla Qazan" tirajlı stimullaşdırıcı lotereyası may ayının 8-dək davam edəcək. Lotereyada iştirak edib qalib olmaq üçün abunəçi 8500 qısa nömrəsinə SMS göndərməklə viktorinaya qoşulmalıdır. Düzgün cavab iştirakçıya 30 xal, səhv cavab isə 10 xal qazandırır.

Lotereya başladığı müddətdən həftə ərzində ən çox xal toplamış abunəçi həftəlik hədiyyələrdən birinə - 500 AZN-ə sahib olur. Aylıq uduş isə həmin ay ərzində ən azı 1 SMS göndərmiş abunəçilər arasından təsadüfi seçimlə müəyyən edilir. Aylıq uduşun qalibi 5000 AZN və ya "Hyundai Santa Fe" avtomobilinə sahib olur.

Lotereya haqqında daha ətraflı məlumatı www.narlaqazan.com rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladaq ki, "Nar Mobile" tərəfindən keçirilən "Narla Qazan" tirajlı stimullaşdırıcı lotereyası sayca ikincidir. Əvvəlki lotereyada əsas mükafatın qalibi "Mercedes Benz" markalı avtomobil qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti