...

Azərbaycanın telekommunikasiya peyki kommersiya istismarına tam hazırdır

Telekommunikasiya Materials 3 Aprel 2013 18:16 (UTC +04:00)
ABŞ-ın "Orbital Sciences Corp." şirkəti "Azerspace/Africasat-1a" milli telekommunikasiya peykinin tam idarəçiliyini "Azərkosmos" ASC-yə təhvil verib.
Azərbaycanın telekommunikasiya peyki kommersiya istismarına tam hazırdır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

ABŞ-ın "Orbital Sciences Corp." şirkəti "Azerspace/Africasat-1a" milli telekommunikasiya peykinin tam idarəçiliyini "Azərkosmos" ASC-yə təhvil verib. Bu barədə çərşənbə günü Trend-ə ASC-dən bildiriblər.

ASC-dən deyiblər ki, test istismarı dövrü aprelin 2-də başa çatıb və hazırda peyk kommersiya istismarına tam hazırdır.

Hazırda peyk ASC mütəxəssisləri tərəfindən baş və ehtiyat idarəetmə mərkəzlərindən idarə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti