...

Nazir: Azərbaycan xarici vətəndaşlara elektron viza verilməsi prosesinə başlayıb

Telekommunikasiya Materials 4 Aprel 2013 13:24 (UTC +04:00)
30-a qədər turizm şirkəti Azərbayacana xarici turistlərin gəlməsi üçün elektron vizanın verilməsi imkanı əldə edib.
Nazir: Azərbaycan xarici vətəndaşlara elektron viza verilməsi prosesinə başlayıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A. Axundov/

30-a qədər turizm şirkəti Azərbayacana xarici turistlərin gəlməsi üçün elektron vizanın verilməsi imkanı əldə edib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

"Vizaların internet vaistəsilə verilməsi xidməti artıq istifadəyə veilib. Biz 30-a qədər şirkət seçdik, onların lisenziyalaşdırmasını həyatakeçirdik, həmçinin onlar üçün xüsusi kursları təşkil etdik", - Qarayev bildirib.

Bundan sonra Azərbaycana gəlmək istəyən turistlər viza almaq üçün öz sənədlərini internet vasitəsilə təqdim edə və rüsumları ödəyə bilərlər.

"Bu, Azərbaycana turist axının artmasına səbəb olacaq", - Qarayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti