...

"Bakcell" Hesab.az portalı ilə birgə kampaniyaya başlayır

Telekommunikasiya Materials 5 Aprel 2013 16:41 (UTC +04:00)
2013-cü ilin aprel ayından etibarən Hesab.az portalında "Bakcell həftələri" kampaniyasına start verilir. Bu barədə cümə günü Trend-ə "Bakcell" şirkətindən məlumat verilib.
"Bakcell" Hesab.az portalı ilə birgə kampaniyaya başlayır

Azərbaycan, Bakı, 5 aprel /Trend/

2013-cü ilin aprel ayından etibarən Hesab.az portalında "Bakcell həftələri" kampaniyasına start verilir. Bu barədə cümə günü Trend-ə "Bakcell" şirkətindən məlumat verilib.

Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell-in xidmətlərindən istifadə edən abunəçilər artıq ölkənin ən iri onlayn ödəmələr portalında əlavə bonus qazanacaqlar.

Nəzərdə tutulan 6 "Bakcell həftələri"ndən birincisi 3-9 aprel tarixində keçirilir. Bu müddət ərzində Hesab.az portalı qeydiyyatdan keçən istifadəçilərinə Bakcell xidmətləri üzrə aparılan 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus xalı), 10 AZN-dən 20 AZN-dək - üçqat (hər 1 manat 300 bonus xalı), 20 AZN-dən çox əməliyyatlara görə isə dördqat bonus (hər 1 manat 400 bonus xalı) qazandıracaq. "Bakcell" abunəçiləri bonus xalları ilə Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Bu məqsədlə portaldakı bonus hərraclarına "Bakcell" şirkəti tərəfindən müxtəlif dəyərli "Bakcell" və "Mançester Yunayted" hədiyyələri çıxarılır.

Qeyd edək ki, hərraclarda iştirak etmək üçün Hesab.az portalında qeydiyyatdan keçmək və 20 min bonus xalı toplamaq kifayətdir.

"GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı istənilən mobil operatorlar, əksər internet-provayderlər, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsilə ödəmək imkanı verir. Bu zaman qeydiyyatdan keçən 48 min abunəçi "Şəxsi kabinet" aça, ödəniş tarixçələrini apara və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Portalın xidmətləri pulsuzdur və tərəfdaşı olan 45 şirkət üzrə hesabları isə mobil telefonlar vasitəsilə də - m.hesab.az resursundan ödəmək olar. Bütün əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən "VeriSign SSL" və "GeoTrust SSL" şifrələnmə əsasında təmin edilir.

Hesab.az portalında "Bakcell həftələri" kampaniyasının şərtləri və "Mançester Yunayted" hədiyyələri haqqında daha ətraflı məlumat üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti