...

"Nar Mobile"ın dəstəyi ilə gənclər üçün tədbir keçirilib

Telekommunikasiya Materials 8 Aprel 2013 15:39 (UTC +04:00)
"IB Club"ın təşkilatçılığı və Nar Mobile-ın baş sponsorluğu ilə "IB Gənclər Məclisi" - "Hisslər" tədbiri keçirilib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.
"Nar Mobile"ın dəstəyi ilə gənclər üçün tədbir keçirilib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

"IB Club"ın təşkilatçılığı və Nar Mobile-ın baş sponsorluğu ilə "IB Gənclər Məclisi" - "Hisslər" tədbiri keçirilib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

Тədbirin əsas məqsədi gənclərin mütəxəssislərlə görüşünü təşkil edərək, onları maraqlandıran aktual mövzularda müzakirələrə şərait yaratmaq və gənclərə həyatda uğur qazanmağa yardım etməkdir. Tədbirdə iştirak edən natiqlər gəncləri motivasiya etmək məqsədilə onlara işgüzar həyatlarında uğur qazanmağın yolları haqqında danışaraq, həyat təcrübələrindən misallar gətiriblər.

Məclisdə natiqlər arasında muğam ustadımız, xalq artisti Alim Qasımov, şoumen Murad Dadaşov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və digərləri iştirak ediblər.

"Nar Mobile" hər zaman gənclərin təşəbbüslərini dəstəkləyərək, gənclər üçün karyera imkanlarının yaradılması məsələsinə xüsusi diqqət yetirir. Belə ki, mütəmadi olaraq təhsil və gənclər sahəsinin inkişafına yönələn layihələr, bu tipli tədbirlər gənclərin şəxsi inkişafına yardım edir, gələcək karyeraları üçün stimul və motivasiya rolu oynayır. Belə tədbirlər "Nar Mobile" mobil operatorunun Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində hər il mütəmadi olaraq təşkil edilir.

Qeyd edək ki, tədbirdə ümumilikdə 500-dən çox müxtəlif ixtisas üzrə təhsil alan tələbələr iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti