...

"Azercell" təqdim edir - "Musiqi ilə birləşərək"

Telekommunikasiya Materials 8 Aprel 2013 15:56 (UTC +04:00)
Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı, dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən "Azercell Telekom" bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edib.
"Azercell" təqdim edir - "Musiqi ilə birləşərək"

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı, dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən "Azercell Telekom" bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edib. "Musiqi ilə birləşərək" adlanan bu layihə "TeliaSonera" və "Azercell" şirkətləri tərəfindən təşkil olunub və klassik musiqi ilə məşğul olan tələbələr üçün nəzərdə tutulub.

Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti Bakıda səfərdədirlər. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxildir. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün ustad dərsləri keçib, onlarla birlikdə konsert proqramı ilə çıxış ediblər.

"Musiqi ilə birləşərək" layihəsinə 2012-ci ildən start verilib. Keçən il master-klass zamanı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Finlandiyada kurs keçmək üçün seçilib. İlk dəfə olaraq azərbaycanlı gənclər "TeliaSonera" və "Azercell"in dəstəyi ilə Savonlinna Konservatoriyasındakı Yay Məktəbi dərslərində iştirak ediblər. Bu il isə Finlandiyaya kurs keçmək üçün on iki istedadlı tələbə seçilib.

"Azercell" daim müxtəlif mədəni layihələr sahəsində fəaliyyətə xüsusi önəm verib, Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələri reallaşdırıb. İndiyə kimi şirkət tərəfindən sosial layihələrə təqribən 13,2 milyon manat pul ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti