...

Avstriya Azərbaycanda kabel istehsalı zavodunun inşasını təklif edir

Telekommunikasiya Materials 9 Aprel 2013 17:46 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Avstriya Azərbaycanda kabel istehsalı zavodunun inşasını təklif edir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Avstriyanın müxtəlif sektorlarını təmsil edən şirkət rəhbərləri təmsil olunub.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkələrimiz arasında əlaqələrin dostluq müstəvisində davam etdiyini, tərəflər arasında keçirilən görüşlərin müsbət istiqamətdə intensivləşdiyini nəzərə çatdırıb.

"Elektron hökümət" quruculuğu, bu sahədə kadrların hazırlanması, elektron səhiyyə, elektron notariat, daşınmaz əmlak sahəsində elektron ünvan və reyestr xidmətləri, elektron təhlükəsizlik, rabitə və digər sahələrdə əməkdaşlığa daha çox maraq göstərdiklərini qeyd edən Reynhart ölkəmizə ən müasir texnologiyaların gətirilməsini vacib sayıb.

Azərbaycanla Avstriya arasında artıq müxtəlif sahələrdə kifayət qədər uğurlu layihələr həyata keçirildiyini deyən qonaq Azərbaycanda kabel istehsalı üzrə müasir tələblərə cavab verən zavodun inşasında maraqlı olduqlarını bildirib. Müəssisə təkcə Azərbaycanın daxili ehtiyaclarının ödənilməsi üçün deyil, eyni zamanda, xarici bazarlara ixracat üçün nəzərdə tutulacaq.

Azərbaycanın gələcək hədəflərində ixrac potensiallı, rəqabətyönümlü müəssisələrin, eyni zamanda, innovativ sahibkarlığın inkişaf etdirilməsinin yer aldığını deyən Vəlizadə sözügedən layihəni dəstəklədiyini, həmçinin Azərbaycan üçün maraq kəsb edən sahələr üzrə Avstriya ilə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti