...

Azərbaycan IT inkişaf hesabatında mövqelərini yaxşılaşıdırıb

Telekommunikasiya Materials 11 Aprel 2013 11:03 (UTC +04:00)
Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafı haqqında (Global Information Technology Report 2013) yeni hesabat dərc edib. Forumun saytında yerləşdirilən hesabatda dünyanın 144 ölkəsinin şəbəkə hazırlığı indeksi (NRİ) öz əksini tapıb.
Azərbaycan IT inkişaf hesabatında mövqelərini yaxşılaşıdırıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir H.Vəliyev/

Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafı haqqında (Global Information Technology Report 2013) yeni hesabat dərc edib. Forumun saytında yerləşdirilən hesabatda dünyanın 144 ölkəsinin şəbəkə hazırlığı indeksi (NRİ) öz əksini tapıb.

Azərbaycan ötən ilki göstəricisini 5 pillə yaxşılaşdıraraq hesabatda 4,11 balla 56-cı mövqeni tutub.

ÜİF mütəxəssisləri habelə "Azərbaycan: Sürətlə dəyişən dünya şəraitində böyük ambisiyalar" başlığı altında ölkəyə ayrıca bölmə həsr ediblər. Burada respublikanın İKT-nin inkişafı və bu sektorda maksimum fayda əldə olunması üzrə səyləri haqqında danışılır. Mütəxəssislər vurğulayırlar ki, ölkə İKT sektorunun inkşafına xüsusi önəm verir.

Hesabatda Azərbaycanla yanaşı Qazaxıstan (43-cü yer) və Rusiya (54-cü yer) MDB məkanında İKT sektorunun ən çox inkişaf etdiyi ölkələr kimi göstərilib.

Hesabatda Gürcüstan 65-ci, Ermənistan isə 82-ci yerdə qərarlaşıb.

ÜİF-nun mütəxəsisləri Azərbaycanda IT-nin inkişafının güclü tərəfləri kimi bu sektorun hökümət üçün prioritet olmasını, innovasiyalara hazırlıq, əhalinin savadlılığı, İKT xidmətlərinin əlçatan olduğunu göstəriblər.

Hesabatda birinci yeri Finlandiya tutub. İkinci yerdə Sinqapur, üçüncü yerdə isə İsveç qərarlaşıb. İlk onluğa, həmçinin Niderland, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Çin daxil olub.

Hesabatın hazırlanmasında məqsəd internet şəbəkələrinin inkşafına təsir edən amilləri müəyyənləşdirmək, informasiya texnologiyalarının inkişafında nizamlama və biznes-infrastruktur amillərinin analizidir.

Hesabatın metodologiyası üç komponentdən ibarətdir:

- "İqlim" - texnoloji bazar, tənzimləyici, qanunvericilik iqlimi, İKT infasturukturu qiymətləndirilir.

- "Hazırlıq" - hökümətin, işgüzar dairələrin, fərdi istehlakçıların İKT-dən istifadə imkanları qiymətləndirilir.

- "İstehlakçı" - hökümətin, işgüzar dairələrin və fərdi istehlakçıların İKT məhsulları və xidmətlərindən istifadə bacarıqları qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti