...

Bakıda TV və radio yayımının dayandırılmasına rəsmi aydınlıq gətirildi

Telekommunikasiya Materials 15 Aprel 2013 15:59 (UTC +04:00)
Profilaktik işlərin həyata keçirilməsi ilə əlaqədar rəqəmsal TV və radio paketinin yayımı dayandırılıb.
Bakıda TV və radio yayımının dayandırılmasına rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Vəliyev/

Profilaktik işlərin həyata keçirilməsi ilə əlaqədar rəqəmsal TV və radio paketinin yayımı dayandırılıb. Bu barədə bazar ertəsi Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.

Məlumata görə, hazırda İB-nin mütəxəssisləri texniki işlərin aparılması üçün Bakı Televiziya Qülləsindədirlər.

"Hazırda sosial paketdə təqdim edilən dövlət telekanallarının işi bərpa edilib. Rəqəmsal sosial paketin işi saat 16:00-da tam bərpa ediləcək", - İB-dən bildiriblər.

Qeyd edək ki, hazırda əhali 12 televiziya kanalından ibarət sosial paketdən istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir. Rəqəmsal yayıma keçid üçün abonentlər dekoder əldə etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti