...

"Azercell" "Instagram" sosial şəbəkəsi istifadəçiləri üçün sərgiyə dəstək verdi

Telekommunikasiya Materials 15 Aprel 2013 16:08 (UTC +04:00)
13-14 aprel tarixlərində Bakıda qeyri-adi sərgi keçirilib. Müasir İncəsənət Mərkəzində "Instasərgi" adlı böyük "Instagram" sərgisi baş tutub.
"Azercell" "Instagram" sosial şəbəkəsi istifadəçiləri üçün sərgiyə dəstək verdi

Azərbaycan, Bakı, 15 aprel /Trend/

13-14 aprel tarixlərində Bakıda qeyri-adi sərgi keçirilib. Müasir İncəsənət Mərkəzində "Instasərgi" adlı böyük "Instagram" sərgisi baş tutub. Azercell-in baş sponsorluğu ilə təşkil edilən bu tədbirdə yalnız Instagram-a yüklənilən şəkillər nümayiş etdirilib.

Sərgi iştirakçıları müxtəlif mövzulara həsr etdikləri fotoşəkilləri əvvəlcədən özlərinin "Instagram" hesablarına yükləyiblər. İştirakçılar, həmçinin sərginin xüsusi informativ posterini öz hesablarında bölüşüblər. Şəxsi şəkillər üçün sərgi məkanının 2-ci mərtəbəsində xüsusi otaq ayrılıb.

Hələ sərgidən öncə baş sponsor "Azercell Telekom" MMC iştirakçılar arasında "I Love Azercell" ("Mən Azercell-i sevirəm") mövzusunda müsabiqə elan etmişdi. İştirakçılar 19 mart-7 aprel tarixləri arasında bu mövzuda çəkdikləri şəkilləri #ILoveAzercell açar sözü ilə "Instagram" hesabına yükləyiblər. "Instagram" bazasında #ILoveAzercell açar sözlü ən çox bəyənilmiş üç "Instagram" şəklindən biri Azercell-in münsiflər heyəti tərəfindən seçilərək qalib hesab olunub və onun sahibi Azercell-dən hədiyyə qazanıb.

"Azercell Telekom" MMC klassik incəsənətlə yanaşı, müasir mədəniyyətin də inkişafını dəstəkləyən şirkətlərdən biridir. Lider mobil operator sosial şəbəkələrdə fərqli layihələr həyata keçirir və öz istifadəçilərinə "Facebook" şəbəkəsindən pulsuz istifadə etmək imkanı yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti