...

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi regionlarda yeni rəqəmsal televiziya ötürücülərini işə salır

Telekommunikasiya Materials 17 Aprel 2013 11:36 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Gədəbəy (Hacılar kəndi), Tovuz (Böyük Qışlaq) və Quba (Qonaqkənd kəndi) rayonlarında yeni DVB-T rəqəmsal televiziya ötürücülərinin quraşdırılması işlərini yekunlaşdırıb. Bu barədə Trend-ə çərşənbə günü İB-dən məlumat verilib.

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Gədəbəy (Hacılar kəndi), Tovuz (Böyük Qışlaq) və Quba (Qonaqkənd kəndi) rayonlarında yeni DVB-T rəqəmsal televiziya ötürücülərinin quraşdırılması işlərini yekunlaşdırıb. Bu barədə Trend-ə çərşənbə günü İB-dən məlumat verilib.

İB-dən verilən məlumata görə, həmçinin Xızı və Samux rayonunlarında FM diapozununda radioverilişlərin yayımlanması üçün avadanlığın quraşdırılması işləri yekunlaşdırılır.

Avadanlığın təchizatçısı kimi "Vigintos Elektronika" şirkəti çıxış edir.

Yeni ötürücülərin işə salınması televiziya və radio verilişlərinin yaxın rayonların ərazilərində yayımını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti