...

Azercell Twitter-ə girişi pulsuz etdi

Telekommunikasiya Materials 22 Aprel 2013 18:05 (UTC +04:00)
"Azercell" Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə dünyanın ən populyar sosial şəbəkələrindən biri – Twitter-dən pulsuz istifadə imkanı yaradır.
Azercell Twitter-ə girişi pulsuz etdi

Azərbaycan, Bakı, 22 aprel /Trend/

"Azercell" Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə dünyanın ən populyar sosial şəbəkələrindən biri - Twitter-dən pulsuz istifadə imkanı yaradır.

Yeni kampaniya 19 aprel - 19 oktyabr 2013-cü il tarixləri arasında "Twitter" şəbəkəsindən istifadə edən "Azercell" abunəçiləri üçün nəzərdə tutulub. Kampaniya dövründə heç bir şərt və ya qayda olmadan mobil telefon vasitəsilə Twitter-dən pulsuz istifadə etmək mümkündür.

Kampaniyada istisnasız olaraq bütün "Azercell" abunəçiləri iştirak edə bilər. Qoşulmaq üçün sadəcə mobil telefondan mobile.twitter.com ünvanına daxil olmaq kifayətdir. Azercell-lilər sosial şəbəkədə olduqları vaxt istədikləri qədər yazışacaq, tvit göndərəcək, xəbərləri izləyəcək, yeni dostlar tapacaq, şəxsi seçimlərə və maraq sahələrinə uyğun operativ məlumatlar əldə edə biləcəklər. Bir sözlə, "Pulsuz Twitter" kampaniyası şəbəkənin bütün funksiyalarından pulsuz yararlanmağa imkan verir.

Bir müddət əvvəl "Azercell Telekom" öz abunəçilərinə Facebook-dan pulsuz istifadə imkanı da vermişdi. İndi isə "Azercell" hər kəsə "Twitter" vasitəsilə dostlarla daha sıx ünsiyyətdə olmaq şansını verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti