...

"Bakcell" "Nokia Lumia" smartfonlarının əldə edilməsi üzrə xüsusi şərtlər təklif edir

Telekommunikasiya Materials 25 Aprel 2013 15:48 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
"Bakcell" "Nokia Lumia" smartfonlarının əldə edilməsi üzrə xüsusi şərtlər təklif edir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, Sür@ ticarət nişanı altında ən mükəmməl 3G mobil internet xidmətlərini göstərən "Bakcell" böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir.

"Bakcell" "Nokia" ilə birlikdə bütün CİN istifadəçilərinə yeni "Nokia Lumia" smartfonlarını xüsusi şərtlərlə əldə etmək imkanı yaradır.

25 Aprel 2013-cü il tarixindən etibarən aşağıda göstərilən "Nokia Lumia" smartfonlarından birini alan hər bir yeni və cari CİN abunəçisi telefona verdiyi pulun yarısını 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaq.

- Nokia Lumia 520
- Nokia Lumia 620
- Nokia Lumia 720
- Nokia Lumia 820
- Nokia Lumia 920

Əldə edilən bonuslar şəbəkədaxili zənglər SMS və MMS üçün istifadə edilə bilər və bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 10 AZN yüklənməlidir. Bundan əlavə, "Bakcell" abunəçiləri həmçinin 30 MB internet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar.

Bonuslar kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi təklif olunan smartfon modellərindən birini seçib balansa 300 manata qədər bonus almaq imkanını əldə edəcək.

Kampaniyada iştirak edən telefonlardan birini "Bakcell"in istənilən diler mağazasından əldə edən bütün CİN abunəçiləri bu unikal təklifdən yararlana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti