...

Rabitə Nazirliyi Azərbaycanda "İKT ili" çərçivəsində Tədbirlər Planını təsdiqləyib

Telekommunikasiya Materials 29 Aprel 2013 10:47 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə hazırlanan Tədbirlər Planı təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda bildirilir.
Rabitə Nazirliyi Azərbaycanda "İKT ili" çərçivəsində Tədbirlər Planını təsdiqləyib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H. Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə hazırlanan Tədbirlər Planı təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumata görə, tədbirlər planı dörd əsas istiqamət üzrə həyata keçiriləcək: təşkilatı tədbirlərin həyata keçirilməsi, hüquqi- notmativ bazanın və idarəetmənin yaxşılaşdırılması, İKT sektorunun potenisalının və informasiya cəmiyyətinin, həmçinin insan resurslarının inkişafının gücləndirilməsi.

Plana əsasən, İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun (İTİDF), Yüksək Texnologiyalar Parkının, İnformasiya Təhlükəsizliyi üzrə Mərkəzin, "Virtual Qarabağ" Mərkəzinin, İT universitetinin işinin təşkili, elektron xidmətlərin sayının genişlənməsi, genişzolaqlı xidmətlərin keyfiyyətinin artırılması və istifadəçi dairəsinin genişləndirilməsi, TV yayımında rəqəmsal formata keçid, nömrə daşıma xidmətinin tətbiqi və başqa tədbirlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti