...

Azərbaycanda mayın 1-dən sonra qeydiyyatdan keçməyən mobil telefonlardan istifadə etmək mümkün olmayacaq

Telekommunikasiya Materials 29 Aprel 2013 12:55 (UTC +04:00)
May ayının birinə qədər IMEI kodların məlumat bazasında qeydiyyatdan keçməyən mobil telefonların istifadəsi mümkün olmayacaq.
Azərbaycanda mayın 1-dən sonra qeydiyyatdan keçməyən mobil telefonlardan istifadə etmək mümkün olmayacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H. Vəliyev/

Mayın birinə qədər IMEI kodların məlumat bazasında qeydiyyatdan keçməyən mobil telefonların istifadəsi mümkün olmayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu tarixdən sonra ölkəyə gətirilən mobil qurğular məcburi şəkildə qeydiyyatdan keçməli olacaqlar.
Xidmətin işə salınmasından sonra həm ölkə daxilində, həm də xaricdə oğurlanan telefonlar və IMEI kodlar vasitəsi ilə "klonlaşdırılan" mobil qurğuların daxil olduğu "qara siyahı" da fəaliyyət göstərəcək. Müvafiq olaraq onların mobil şəbəkələrdə işləməsi mümkün olmayacaq.

Nazir müavinin sözlərinə görə, həmçinin mobil şəbəkələrə yeni qoşulan telefonların daxil olduğu "boz siyahı" da fəaliyyət göstərəcək ki, onlarında sahibləri 30 gün ərzində öz mobil cuhazlarını qeydiyyatdan keçirməli olacaqlar.

Məmmədov, habelə nömrə daşıma xidmətinin işə salınması ilə bağlı nazirliyin planlarını da açıqlayıb. Onun sözlərinə görə, bu xidmət ən yaxın vaxtlarda işə salınacaq.

"Xidmət əhəmiyyətsiz texniki detallar nəzərə alınmamaqla, işə salınmağa tam hazırdır. Onlar da tezliklə öz həllini tapacaqlar", - Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti