...

"Nar Mobile"ın "Zero" tarifi ilə ilk üç dəqiqə pulsuzdur

Telekommunikasiya Materials 29 Aprel 2013 16:08 (UTC +04:00)
Hər zaman öz abunəçilərini sərfəli danışıq tarifləri ilə sevindirən "Nar Mobile" "Zero" (sıfır) tarifini təqdim etməkdə davam edir.
"Nar Mobile"ın "Zero" tarifi ilə ilk üç dəqiqə pulsuzdur

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Hər zaman öz abunəçilərini sərfəli danışıq tarifləri ilə sevindirən "Nar Mobile" "Zero" (sıfır) tarifini təqdim etməkdə davam edir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, artıq "Zero" tarifinə qoşulan abunəçi kiçik bağlantı haqqı ödəyərək, şəbəkədaxili səsli və videozənglər zamanı ilk 3 dəqiqəni 0 (sıfır) qəpiyə danışa biləcək. 4-cü dəqiqədən başlayaraq isə hər növbəti dəqiqə üçün danışıq haqqı 4 qəpikdir.

Bu tarifə qoşulan abunəçi, həmçinin iki sevimli Nar nömrəsinə 50% endirimlə zəng edə bilər. Sevimli nömrələrə zəng zamanı ilk 3 dəqiqə üçün 4 qəpik, 4-cü dəqiqədən etibarən isə hər dəqiqə üçün 2 qəpik ödəyəcək. Abunəçi "Zero" tarifinə qoşulmaq üçün "0" yazıb 777 qısa nömrəsinə mesaj göndərməli və ya *777#000#Yes yığmalıdır.

Bundan başqa, "Zero" tarifində zəng, mesaj və data xidmətləri üçün digər qiymətlər də təklif olunur. Daha ətraflı məlumatı http://narmobile.az/private/tarifplan/0/ veb-səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti