...

Azərbaycan poçtu rebrendinqə başlayır

Telekommunikasiya Materials 30 Aprel 2013 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbirlər A.Axundov, H.Vəliyev/

"Azərpoçt" MMC-nin rebrendinqi üzrə işlər cari ilin ikinci yarısında başlayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Azərbaycan üzrə nümayəndəsi Nailə Səfərova deyib.

Onun sözlərinə görə, hazırda daha ehtimal olunan namizədlərin siyahısı artıq hazırlanıb. Onlar Azərbaycanın poçt operatorunun yeni imicinin formalaşdırılması ilə məşğul olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti