...

"Nar Mobile" incəsənət layihəsinə dəstək olub (FOTO)

Telekommunikasiya Materials 4 İyun 2013 16:00 (UTC +04:00)
Xalqımızın milli və mədəni irsinin qorunub saxlanmasına və inkişafına yönələn layihələrə daima dəstək olan "Nar Mobile" iyun ayının 4-də "Baku Creative Center" yaradıcılıq mərkəzinin layihəsi olan "Azerbaijan Art Festival - 2013"-ün açılışını elan edib.
"Nar Mobile" incəsənət layihəsinə dəstək olub (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Xalqımızın milli və mədəni irsinin qorunub saxlanmasına və inkişafına yönələn layihələrə daima dəstək olan "Nar Mobile" iyun ayının 4-də "Baku Creative Center" yaradıcılıq mərkəzinin layihəsi olan "Azerbaijan Art Festival - 2013"-ün açılışını elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

İyunun 4-dən iyulun 10-dək davam edən irimiqyaslı Festival turne şəklində keçirilərək, qalereyaya malik rayonlar ərazisini əhatə edəcək ki, bu da Azərbaycanda ilk bu tipli sərgilər olacaq.

"Azerbaijan Arts Festival"ın təntənəli açılış mərasimi 4 iyun tarixində Bakı Biznes Mərkəində mətbuat üçün press konfrans və daha sonra axşam "Baku Creative Center" yaradıcılıq mərkəzində sərginin açılışı ilə baş tutmuşdur.

Təkcə Bakı şəhərində deyil, regionlarda yerləşən qalereyaları da əhatə edəcək layihə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, "Nar mobile"in baş sponsorluğu, Bakı Biznes Mərkəzinin sponsorluğu ilə həyata keçirilir. Layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməklə yanaşı, sərgilənəcək rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri təqdim etməkdir.

İyunun 7-dən başlayaraq Mingəçevir, Sumqayıt şəhərləri, Salyan, Saatlı, Şirvan, Kürdəmir, Şəki, Qax, İsmayıllı, Xaçmaz rayonlarında ustad dərslərinin keçirilməsini nəzərdə tutulan Festivalın iştirakçıları sırasında Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Gülnarə Əlixanova və b. rəssamlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti