...

Standartlaşdırma Komitəsinin xidmətləri "Elektron hökümət" portalına inteqrasiya olunub

Telekommunikasiya Materials 20 İyun 2013 16:01 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmətləri "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub.
Standartlaşdırma Komitəsinin xidmətləri "Elektron hökümət" portalına inteqrasiya olunub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmətləri "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Portal vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilmiş elektron xidmətlərə "Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu", "Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu", "Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu", "Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi" və "Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi" daxildir.

Hazırda "Elektron hökumət" portalına Azərbaycanın 40 mərkəzi icra hakimiyyəti orqanı qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti