...

"Renault"un dünya mərhələsi yenidən dünyada: mərhələnin canlı yayımını "Eurosport" telekanalı aparacaq

Telekommunikasiya Materials 21 İyun 2013 12:22 (UTC +04:00)
İyunun 22-23-də "Renault" dünya mərhələsi (World Series by Renault) çempionatının doqquz mərhələsindən biri "Moscow Raceway" avtodromunda keçiriləcək.
"Renault"un dünya mərhələsi yenidən dünyada: mərhələnin canlı yayımını "Eurosport" telekanalı aparacaq

Azərbaycan, Bakı, 21 iyun/Trend/

İyunun 22-23-də "Renault" dünya mərhələsi (World Series by Renault) çempionatının doqquz mərhələsindən biri "Moscow Raceway" avtodromunda keçiriləcək. Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, rusiyalı avtoidman azarkeşləri arasinda populyarlıq qazanan və 2012-ci ildə Moskvada 90 000 yaxın tamaşaçı toplayan "Renault" dünya mərhələsi ardıcıl olaraq ikinci dəfə bu yayın əsas idman hadisələrdən biri olacaq. Çempionatın Rusiya mərhələsinin yayımını "Eurosport" kanalı canlı aparacaq.

Bu il Moskva mərhələsində 7 rusiyalı da daxil olmaqla gənc istedadlı sürücülər üç beynəlxalq siniflərdə (FR3.5 bölümündə, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku) çempion titulu üzrə mübarizəyə qatılacaqlar. "Renault" dünya mərhələsi ənənəvi olaraq bütün qonaqlara pulsuz giriş, ailəli insanlar üçün isə müxtəlif əyləncələr təklif edir. Renault dünya mərhələsi avtoidman növünün kulis arxasındakılarını görmək və yarışın bütün incəlikləri ilə tanış olmaq üçün çox gözəl fürsətdir. "Yarış şəhərciyi" adlanan yerdə isə bütün yaş nümayəndələri üçün müxtəlif əyləncə növləri mövcuddur: trenajorlar, test-drayvlar, təhlükəsiz sürücülük seminarları, "Renault" modellərinin nümayişi, uşaqlar üçün oyun meydançaları və s.

RENAULT -UN DÜNYA MƏRHƏLƏSİ 2013

2013-ci ildə Renault Dünya Mərhələsinin 10 ili tamam olur. Cari ilin təqvimində Renault Sport Technologies tərəfindən təşkil olunacaq 7 mərhələ yer alıb. Bura Avstriyanın Red Bull Ring yolunda keçirilən ilk mərhələ də daxildir.

Bu proqramda Le Man Avropa bölümünün 3 mərhələsi mövcuddur. Formula Renault 3.5 bölümü dayanacaqlarını Monza və Monakoda edəcək. Məhz burada ən nüfuzlu mərhələ olan Formula 1 Qran-Prinin sınaqları keçiriləcək. Clio Avrokuboku da 2 əlavə mərhələ əldə edib - İmolda və Motorland Aragonda.

Ənənəvi olaraq, Renault Dünya mərhələsi Motorland Aragon yolunda aprelin sonunda başlayıb. İlk istirahət günlərində Formula Renault 3.5 bölümünün birinci mərhələsi Monzada baş tutdu.
Formula Renault 3.5 bölümündə may ayının axırlarına təsadüf edən daha bir əsas məqam var. Bu zaman Formula 1 Gran-Pri mərhələsi Monakoya gəlir. Burada sürücülərə öz imkanlarını yoxlamaq və "bütün yarışların kraliçası" sayılan idman növünün tanınmış simaları qarşısında məharət görsətmək nəsib olur.

Renault Dünya Mərhələsinin dörd sinfi iyun ayının əvvəllərində yenidən Spa-Francorchamps-da bir araya gəlir. Hal-hazırdaki mərhələdə Rusiyanın Moscow Raceway yoluna çıxmağa hazırlaşır. Daha sonra yenidən qərbə, Avstriyanın Red Bull Ring yoluna qayıdacaq. Yay fasiləsindən sonra ilk dayanacaq Macarıstan olacaq. Bundan sonra mövsüm sonuna doğru gedəcək. Bura Fransa Paul Ricard mərhələsi və İspaniyanın Kataloniya yolunda böyük final mərhələsi daxildir.

Renault Dünya Mərhələsi 2013-də ilk dəfə "dözüm" mövzusunda yarış keçirilir. Avropa Le Mans bölümünün (ELMS) mərhələləri Red Bull Ring, Hungaroring və Paul Ricard keçirilir.
Formula Renault 3.5 bölümündə olduğu kimi, Clio Avrokubokunda da 2 yeni mərhələ var. Yeni Clio kubokun ilk mərhələsi mayın ortalarında İtaliyada keçirildi. Renault Dünya Mərhələsinin siyahısında Spa-Francorchamps, Red Bull Ring, Paul Ricard və Kataloniya var. Clio Avrokubokunun kulminasiyası noyabrda Motorland Aragón yolunda baş tutacaq.

Renault Dünya Mərhələsi 2013-ün təqvimi

27-28 aprel: Motorland Aragon (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku)

1-2 iyun: Spa-Francorchamps (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku, Clio Avrokuboku)

22-23 iyun : Moscow Raceway (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku)

20-21 iyun: Red Bull Ring (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku, Clio Avrokuboku, ELMS)

14-15 sentyabr: Hungaroring (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku, ELMS)

28-29 sentyabr: Paul Ricard (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku, Clio Avrokuboku, ELMS)

19-20 oktyabr: Circuit de Catalunya (FR3.5 bölümü, FR2.0 Avrokuboku, Megane Trophy Avrokuboku, Clio Avrokuboku)

Yalnız Formula Renault 3.5 bölümü:

6-7 aprel: Monza
24-26 may: Formula-1, Qran-pri, Monako

Yalnız Clio Avrokuboku:

11-12 may: İmola (Formula Renault Alps və İtaliya Renault Clio Kuboku)
2-3 noyabr: Motorland Aragón (Clio kubokunun beynəlxalq finalı)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti