...

Azercell-in yerli "start-up"lara dəstəyinə Türkiyənin e-Toxum layihəsi də qoşuldu

Telekommunikasiya Materials 21 İyun 2013 19:26 (UTC +04:00)
Azercell gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Şirkətin “Barama” İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır.
Azercell-in yerli "start-up"lara dəstəyinə Türkiyənin e-Toxum layihəsi də qoşuldu

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azercell gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Şirkətin "Barama" İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır.

Start-up biznes ideyalarına dəstək üçün Azercell tərəfindən keçirilən silsilə tədbirlərdən birinin də iyul ayının 6-da təşkil edilməsi nəzərdə tutulub. Bu dəfə, Türkiyədə bu sahədə tanınmış e-Toxum layihəsinin üzvləri ilə Azərbaycanın gənc İT sahibkarlarının birgə görüşü keçiriləcəkdir.

e-Toxum Türkiyədəki internet şirkətlərinin sayını artırmaq, sahibkarları dəstəkləmək, internet iqtisadi bazarının yaradılması və inkişafı üçün sahibkarlarla investorlar arasında əlaqə qurmaq məqsədini daşıyır. Azercell-in dəstəyi və təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycanın internet sektorunda ön plana çıxan start-up ideya müəllifləri üçün mentor treninqləri də təşkil olunacaq.

e-Toxum qurulduğu gündən ötən 5 il ərzində 40-dan çox özəl investorla əməkdaşlıq edərək 200-ə yaxın layihəyə dəstək vermişdir. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri də vardır.

Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qaldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti