...

Azərbaycanın dövlət operatoru telefon xidmətləri üzrə yeni tariflər müəyyən edəcək

Telekommunikasiya Materials 16 Dekabr 2013 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir H.Vəliyev/

Bu həftə Azərbaycanın dövlət operatoru telefon danışıqları üzrə yeni tariflərin tətbiqi meyarlarını müəyyən edəcək. Bu barədə Trend-ə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyindən (İB) məlumat verilib.

İB-dən deyilib ki, yaxın günlərdə tariflərin aşağı salınması barədə rəsmi sənəd operatorlara təqdim olunacaq.

Azərbaycan Tarif Şurasının qərarına görə, 2014-cü il yanvarın 1-dən beynəlxalq və şəhərlərarası danışıqların, faks aparatından istifadənin qiyməti aşağı enəcək.

2014-cü il yanvarın 1-dən beynəlxalq zənglərin qiyməti 0,32 manat dəyərində olacaq (hazırda yerdən asılı olaraq 1 dəqiqənin qiyməti 0,36; 0,45 və 0,54 manatdır).

Büdcə təşkilatları üçün stasionar telefonların abunə haqqı 7 manat təşkil edəcək. Hazırda bu tarif 3 manat təşkil edir, lakin digər kateqoriyadan olan abunəçilər üçün 7 manatdır. Vətəndaşlar üçün şəhər telefonlarından istifadə haqqı ayda 2,5 manat təşkil edəcək. Hazırda bu qiymət iki manatdır.

Beynəlxalq danışıqların 1 dəqiqəsinin qiyməti 0,07 manatdan 0,05 manata endiriləcək, faks aparatından istifadənin qiyməti hazırkı 0,8 manatdan 0,5 manata endiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti