...

Əli Abbasov: Ötən il İKT-nin inkişafında ən uğurlu il olub

Telekommunikasiya Materials 8 Fevral 2014 14:15 (UTC +04:00)
2013-cü il Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında son onilliyin ən uğurlu ili olub.
Əli Abbasov: Ötən il İKT-nin inkişafında ən uğurlu il olub

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/

2013-cü il Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında son onilliyin ən uğurlu ili olub.

Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, ötən il Azərbaycanda bir sıra əhəmiyyətli hadisələrlə yadda qalan "İKT ili" elan edilmişdi. Onlardan biri Azərbaycanın "Azerspace-1" ilk telekommunikasiya peykinin orbitə buraxılışı oldu. Bundan sonra ölkə kosmik sahədə fəal inkişaf edən dövlətlər qrupuna daxil oldu.

Ötən il ərzində genişzolaqlı rabitə infrastrukturunun, rəqəmsal televiziyanın inkişafı sahəsində əhəmiyyətli işlər həyata keçirildi. Abbasovun qeyd etdiyi kimi, Azərbaycan növbəti dəfə MDB və Mərkəzi Asiya ölkələri arasında bəzi mövqelər üzrə öz liderliyini qoruyub saxladı, o cümlədən internetin nüfuz səviyyəsi və əlçatanlığı sahəsində: "Ötən il biz rəqəmsal televiziyaya keçidi həyata keçirməyə nail olduq. İl həmçinin 3G, 4G mobil şəbəkələrinin, habelə genişzolaqlı internetin inkişafı ilə yaddaqalan oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti