...

Azərbaycan iqtisadiyyatının İKT sahəsinə təxminən 258 milyon dollar investisiya qoyulub

Telekommunikasiya Materials 14 Fevral 2014 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H. Vəliyev/

2013-cü ilin yekunları üzrə Azərbaycanın informasiya-kommunikasiya texnolgiyaları (İKT) və poçt rabitəsinə 202,2 milyon manat investisiya qoyulub ki, bu da bütün ölkə iqtisadiyyatına yatırılan sərmayələrin bir faizini təşkil edir. Bu barədə cümə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

2013-cü ildə İKT və poçt rabitəsi üzrə gəlirlər 1 632,2 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisini 1,3 dəfə üstələyir.

2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sektorunun real artım tempi 14 faiz təşkil edib. Hesabat dövründə İT sektoru 1,3 dəfə, poçt sektoru 4,3 faiz artıb.

2013-cü ildə İKT və poçt rabitəsindən əldə olunan gəlirlərin 77 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti