...

Azercell "Dövlətcell" və "Mediacell" abunəçiləri üçün əlavə üstünlüklər təqdim edir

Telekommunikasiya Materials 1 Aprel 2014 15:03 (UTC +04:00)
Azərbaycan mobil bazarının lider şirkəti "Azercell Telekom" müxtəlif seqmentlərdən olan müştəriləri üçün daha sərfəli təkliflərin tətbiqini davam edir. Etibarlı rabitə ilə yanaşı, "Azercell" abunəçiləri sərfəli şərtlərlə müasir texnologiyalardan və İKT sahəsinin ən son yeniliklərindən yararlana bilirlər.
Azercell "Dövlətcell" və "Mediacell" abunəçiləri üçün əlavə üstünlüklər təqdim edir

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycan mobil bazarının lider şirkəti "Azercell Telekom" müxtəlif seqmentlərdən olan müştəriləri üçün daha sərfəli təkliflərin tətbiqini davam edir. Etibarlı rabitə ilə yanaşı, "Azercell" abunəçiləri sərfəli şərtlərlə müasir texnologiyalardan və İKT sahəsinin ən son yeniliklərindən yararlana bilirlər.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu dəfə "Azercell" öz abunəçiləri arasında xüsusi populyarlıq qazanmış "Mediacell" və "Dövlətcell" tarif paketləri üzrə yenilik təqdim edir. Bu gündən etibarən bu tariflərin istifadəçilərinə şəbəkədaxili zənglər üçün xüsusi tariflər əldə etmək imkanı verilir.

Beləliklə, "Mediacell" və "Dövlətcell"lilər cəmi 5 AZN müqabilində 500 dəqiqəlik paket əldə edə bilərlər, 1500 dəqiqəlik paketin qiyməti isə 10 AZN təşkil edir. Bu paketlər faktura dövrü ərzində şəbəkədaxili zənglərə şamil edilir. 500 dəqiqəlik və 1500 dəqiqəlik paketləri sifariş etmək üçün 8770 qısa nömrəsinə müvafiq olaraq "500" və "1500" yazıb SMS göndərmək lazımdır. 8770 qısa nömrəsinə göndərilən SMS-in qiyməti 0.01 AZN-dir.

Bu paket bir faktura dövrü ərzində yalnız bir dəfə sifariş oluna bilər. Xidmətlərin istifadə edilməyən hissəsi növbəti faktura dövrünə keçirilmir. Əgər verilən dəqiqələr faktura dövründən əvvəl bitərsə, onda abunəçinin aid olduğu tarif paketində müəyyən edilən tariflər yenidən aktiv edilir. Xidmətdən istifadə edərkən balansı öyrənmək üçün 8770 nömrəsinə boş SMS göndərmək, deaktiv etmək üçün isə STOP MIN yazmaq lazımdır.

Xatırladaq ki, "Dövlətcell" tarif paketi dövlət orqanlarında qulluq edən vətəndaşlar, "Mediacell" isə kütləvi informasiya vasitələrində çalışanlar üçün nəzərdə tutulub. Bu tarif paketlərinin istifadəçiləri həm öz aralarında danışıq zamanı, həm də digər zənglər üzrə əhəmiyyətli endirimlər əldə etmiş olurlar.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti