...

"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı (FOTO)

Telekommunikasiya Materials 1 Aprel 2014 15:18 (UTC +04:00)
21 mart 2007-ci il tarixdə “Nar Mobile” ticarət markası altında fəaliyyətə başlayan “Azerfon” MMC qısa müddət ərzində Azərbaycanın telekommunikasiya və mobil rabitə bazarının aparıcı şirkətlərindən birinə çevrilib və bu illər ərzində öz abunəçilərinin sonsuz rəğbətini qazanmağa nail olub.
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

21 mart 2007-ci il tarixdə "Nar Mobile" ticarət markası altında fəaliyyətə başlayan "Azerfon" MMC qısa müddət ərzində Azərbaycanın telekommunikasiya və mobil rabitə bazarının aparıcı şirkətlərindən birinə çevrilib və bu illər ərzində öz abunəçilərinin sonsuz rəğbətini qazanmağa nail olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu il 7 yaşını qeyd edən "Nar Mobile" özünün ən sadiq abunəçilərini mükafatlandırmaq qərarına gəlib. Belə ki, mobil operator yarandığı ilk gündən "Nar Mobile" xidmətlərindən davamlı istifadə edən ən sadiq abunəçilərinə dəyərli hədiyyələr verib.

"Nar Mobile" mobil operatorunun baş ofisində keçirilən mükafatlandırma mərasimində 7 illik uzun bir müddət ərzində mobil operatora loyallığı ilə seçilən abunəçilər - Anar Süleymanov, Şahmar Məhərrəmov, Malik Həsənov, Namiq Salmanov, Rəşad Məhərrəmov, Əkbər Mahmudov və Aqşin Fərzəliyev iştirak ediblər.

Abunəçilərə hədiyyələri "Azerfon" şirkətinin Marketinq Departamentinin direktoru Maksim Fyodorov təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti