...

"Nar Mobile" "Bahar sevincləri" hədiyyə kampaniyasının qaliblərini mükafatlandırdı (FOTO)

Telekommunikasiya Materials 9 Aprel 2014 17:36 (UTC +04:00)
"Yeni Azərbaycan" qəzeti ilə birgə keçirilən kampaniyanın qaliblərinə "Samsung" markalı smartfonlar hədiyyə edildi
"Nar Mobile" "Bahar sevincləri" hədiyyə kampaniyasının qaliblərini mükafatlandırdı (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

"Nar Mobile" mobil operatorunun "Yeni Azərbaycan" qəzeti ilə birlikdə təşkil etdiyi "Bahar sevincləri" hədiyyə kampaniyasının qaliblərinin adları müəyyənləşdi.

Kampaniyanın şərtlərinə uyğun olaraq, "Yeni Azərbaycan" qəzetinin fevralın 20-dən martın 20-dək olan dövr ərzində dərc olunan nüsxələrini əldə etməklə, sonuncu səhifənin sol yuxarı küncündə yerləşən kuponları toplayan və kampaniya bitdikdən sonra onları zərfə qoyaraq aprelin 9-dək qəzetin redaksiyasına təqdim edən bütün oxucular uduş kampaniyasının iştirakçılarına çevriliblər.

Yaradılan bu fürsət "Yeni Azərbaycan" qəzetinin daimi oxucularına "Nar Mobile" tərəfindən təqdim edilən "Samsung" markalı smartfonlara sahib olmaq imkanı verib. Aprelin 9-da "Yeni Azərbaycan" qəzetinin redaksiyasında "Bahar sevincləri" hədiyyə kampaniyasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

431 nəfərin iştirak etdiyi lotereyada qalib gələn qəzet oxucularına hədiyyələri "Azerfon" şirkətinin nümayəndəsi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti