...

Naxçıvanda kommunal ödənişlər avtomatlaşdırılıb

Telekommunikasiya Materials 15 Aprel 2014 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət" (e-hokumet.nmr.az)" portalında kommunal xidmətlər üzrə onlayn ödənişlərin işə salındığını elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı xəbərdə deyilir.

Nazirliyin məlumatına görə, hazırda portalda elektrik enerjisi və qazdan istifadəyə görə ödəniş xidmətləri əlçatandır.

NMR elektron xidmətlər portalının köməyi ilə stasionar telefoniya və internet xidmətlərinin ilk dəfə onlayn ödənişi 2013-cü ilin sentyabrında işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti