...

Azərbaycanın dövlət rabitə operatorunun gəlirləri 31 milyon dolları ötüb

Telekommunikasiya Materials 18 Aprel 2014 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin I rübünün nəticələri üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin (İB) gəlirləri 25 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bunu Birliyin baş direktoru Məmməd Məmmədov deyib.

Onun sözlərinə görə, İB investisiya layihələrinə 6,4 milyon manat xərcləyib. Hesabat dövründə dövlət operatorunun genişzolaqlı internet xidmətləri üzrə gəlirlərinin həcmi 2,3 milyon manat olub.

Dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna 4,2 milyon manat ödənilib. Yanvar-mart aylarında İB-nin nömrə tutumu 3920 ədəd artıb.

İB genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində Azərbaycanın rayonlarında genişzolaqlı qoşulmaların genişləndirilməsi üzrə işlər aparır. Dövlət operatoru tərəfindən 214 kilometr optik-lif kabel magistralı çəkilib. Hazırda kəndlərin optik kabellər vasitəsilə rayon mərkəzlərinə qoşulması üzrə işlər davam etdirilir. "Aztelekom"un planlarına əsasən, bu istiqamətdə işlər 2015-ci ilədək başa çatdırılacaq.

M.Məmmədov qeyd edib ki, hazırda operatorun infrastrukturu üzrə genişzolaqlı qoşulmaların sayı 200 mini ötür: "I rübün yekunları üzrə genişzolaqlı qoşulmaların sayı 17,7 min ədəd artıb, bunlardan 11,7 mini "AztelekomNet" dövlət provayderinin, qalanları isə internet xidmətlərinin özəl tədarükçülərinin istifadəçiləridir".

Hazırda Azərbaycan əhalisinin 73 faizi internetdən istifadə edir, əhali arasında genişzolaqlı internetə çıxışın səviyyəsi isə 55 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti