...

Azərbaycanda sosial müavinətlərin verilməsi proseduru avtomatlaşdırılacaq

Telekommunikasiya Materials 25 Aprel 2014 16:55 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov aprelin 25-də Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Azərbaycanda sosial müavinətlərin verilməsi proseduru avtomatlaşdırılacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Fondu (DSMF) gələn ayın əvvəlindən daha beş elektron xidməti işə salmağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, söhbət eləcə də əhaliyə icbari sosial sığorta vəsaitləri hesabına sosial müavinətlərin verilməsi prosedurlarının avtomatlaşdırılmasından gedir.

E.Mehdiyev qeyd edib ki, ötən ilin statistikasına görə, təxminən 210 min vətəndaş sosial müavinət alıb: Hesab edirəm ki, bu prosesin avtomatlaşdırılması DSMF tərəfindən göstərilən xidmətlərin şəffaflığını təmin etməyə kömək edəcək".

DSMF sədrinin sözlərinə görə, mayın 2-də bu xidmətlərin təqdimatı keçiriləcək: "Elektron xidmətlərin sayının artırılması DSMF-nin başlıca məqsədidir. Dövlət Fondu əhaliyə elektron xidmətlər göstərən ən fəal dövlət strukturudur. Təkcə 2013-cü il ərzində Fondun elektron xidmətlərindən 700 mindən çox vətəndaş istifadə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti