...

Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Telekommunikasiya Materials 31 İyul 2014 18:30 (UTC +04:00)
“İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda növbəti tədbir iyulun 31-də Samux rayonunda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Samux və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri və Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak etmişdir.
Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Azərbaycan, Bakı, 31 iyul /Trend/

"İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti tədbir iyulun 31-də Samux rayonunda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Samux və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri və Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilmişdir.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini diqqətə çatdırmışdır. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılmışdır.

Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimində qəbula yazılma, müraciətlərin onlayn rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı videoəlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

Tədbirdə nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi, İcazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərdən onlayn rejimdə istifadə proseduru nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti