...

“Bakcell”in yeni Müştəri Xidmətləri Mərkəzində abunəçilər mükafatlandırılıb

Telekommunikasiya Materials 17 Oktyabr 2014 12:51 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin bir müddət əvvəl istifadəyə verilən yeni Müştəri Xidmətləri Mərkəzinə müraciət edən bəzi abunəçilər xoş sürprizlə qarşılaşıblar. Trend cümə günü şirkətdən daxil olan məlumata istinadən xəbər verir.
“Bakcell”in yeni Müştəri Xidmətləri Mərkəzində abunəçilər mükafatlandırılıb
Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin bir müddət əvvəl istifadəyə verilən yeni Müştəri Xidmətləri Mərkəzinə müraciət edən bəzi abunəçilər xoş sürprizlə qarşılaşıblar. Trend cümə günü şirkətdən daxil olan məlumata istinadən xəbər verir.

Ü.Hacıbəyov 48 ünvanında, Sahil Bağının yanında yerləşən yeni ofisinin açılış mərasimində elan olunduğu kimi, tədbirdən sonrakı 7 gün ərzində mərkəzə gələn hər yüzüncü abunəçiyə "Bakcell"in yeni ALOV smartfonu hədiyyə olunub. Kampaniya çərçivəsində 18 Bakcell abunəçisi hədiyyə qazanıb.

Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, Android əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir. Alov smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.

Abunəçilərinə göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq və onları daha əlçatan etmək üçün Bakcell həm Bakı şəhərində, həm də bütün ölkə ərazisində xidmət şəbəkəsini genişləndirir. Bu ilin ötən bir neçə ayı ərzində Azərbaycanın müxtəlif regionlarında və Bakıda yeni xidmət mərkəzləri fəaliyyətə başlayıb.

Hazırda 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti