...

Azərbaycan Avropa sənayesini fasiləsiz qidalanma mənbələri ilə təmin etmək istəyir

Telekommunikasiya Materials 28 Oktyabr 2014 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda sənaye sektoru üçün fasiləsiz elektrik qidalanma mənbələri istehsalının yaradılması planlaşdırılır. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodunun direktoru Siyavuş Əliyev bildirib.

Onun sözlərinə görə, söhbət sənaye müəssisələrində elektrik avadanlıqlarının fasiləsiz və sabit işi və onların gərginlik fərqlərindən müdafiəsi üçün nəzarət qurğularının tikintisindən gedir: "Azərbaycanda belə qurğuların istehsalına başlamaq üzrə danışıqlar Çinin bir neçə şirkəti ilə aparılır. Bu məsələ ilə bağlı yekun qərarın bu il noyabrın əvvəlində Bakıda Çinin bir sıra şirkətlərinin nümayəndələri ilə görüşlər çərçivəsində qəbul ediləcəyi gözlənilir. Bu qrupun koordinatoru kimi Çinin "BBK Electronics Corp. LTD" şirkəti çıxış edir".

Zavod direktoru qeyd edib ki, əsas məqsəd sonralar Avropa bazarlarına ixrac olunacaq sənaye avtomatikasının elektriklə qidalanmasının müdafiəsi üçün avadanlıqların istehsalının qurulmasından ibarətdir.

Azərbaycanda "Peyk" zavodu 1993-cü ildə Fransanın "M.U.P. Industrie G.I.E." konsorsiumunun iştirakı ilə tikilib. 1993-2005-ci illərdə zavod Azərbaycanın Xüsusi Maşınqayırma və Konversiya Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərib.

2006-cı ilin sentyabrından zavod Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti