...

"Nar Mobile"ın dəstəyi ilə növbəti "Onlayn media" layihəsi başa çatdı (FOTO)

Telekommunikasiya Materials 1 Dekabr 2014 17:50 (UTC +04:00)
“Nar Mobile” mobil operatorunun sponsoru olduğu “Onlayn medianın inkişafına dəstək – 2014” layihəsi uğurla başa çatdırılıb.
"Nar Mobile"ın dəstəyi ilə növbəti "Onlayn media" layihəsi başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

"Nar Mobile" mobil operatorunun sponsoru olduğu "Onlayn medianın inkişafına dəstək - 2014" layihəsi uğurla başa çatdırılıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, belə ki, jurnalistlər üçün keçirilən bir həftəlik təlimlərdən sonra, eyni layihə çərçivəsində elan edilmiş onlayn media müsabiqəsinə də yekun vurulub və 28 noyabr 2014-cü il tarixdə "Four Seasons Baku" otelində keçirilən təqdimat mərasimində müsabiqənin qaliblərinin adları açıqlanıb. Təqdimat mərasimində "Onlayn medianın inkişafına dəstək" layihəsi çərçivəsində keçirilmiş təlimləri başa vurmuş jurnalistlərə xüsusi sertifikatlar verilib. Onlayn media müsabiqəsinin digər qalibləri və həvəsləndirici yer tutan gənc jurnalistlər isə diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin təşkilatçılarından olan Multimedia Mərkəzinin direktoru Osman Gündüz müsabiqə çərçivəsində təqdim edilən 22 məqalə arasından seçilmiş qalib yazıların müəlliflərinə və son dərəcə aktiv tvit bölüşən 10 mikrobloqçuya minnətdarlığını bildirərək onlara gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai çıxış etməklə qaliblərə ən yaxşı arzularını çatdıraraq, bu maarifləndirici və stimullaşdırıcı layihənin artıq xoş bir ənənəyə çevrildiyini vurğulayıb. Tədbirə qatılan digər qonaqlar da layihənin önəmindən bəhs edərək, peşəkar ekspertlərdən ibarət Münsiflər heyətinə xüsusi minnətdarlıqlarını bildiriblər və müsabiqə qaliblərini təbrik edərək onları daima obyektiv və dolğun yazılar yazmağa çağırıblar.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile" Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti