...

Azərbaycanın daha bir bankı elektron arayışlar verməyə başlayıb

Telekommunikasiya Materials 2 May 2015 03:14 (UTC +04:00)
"TuranBank" ASC "Elektron hökuməti" portalı (e-gov.az) vasitəsilə elektron arayışlar verməyə başlayıb.
Azərbaycanın daha bir bankı elektron arayışlar verməyə başlayıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Hüseyn Vəliyev/

"TuranBank" ASC "Elektron hökuməti" portalı (e-gov.az) vasitəsilə elektron arayışlar verməyə başlayıb. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (MHM) isrtinadən məlumat verir.

Elektron arayış artıq rahatlıq, vaxta qənaət, məmur-vətəndaş münasibətlərinin sonu, nəticə etibarilə isə vətəndaş məmnunluğu deməkdir.

Bunu nəzərə alaraq, "TuranBank" da elektron arayışlardan faydalanmaqla müştərilərinə daha rahat, şəffaf və çevik xidmət göstərəcək. Bu proses müştəri məmnunluğu ilə yanaşı, iş potensialının artırılmasına da zəmin yaradacaq.

Qeyd edək ki, MHM-in layihəsinə "NBC Bank" ASC, "Bank Respublika", "Unibank", "Bank of Baku", "AccessBank", "Muğanbank", "Bank BTB", "AGBank", "Expressbank", "Azərbaycan Beynəlxalq Bankı", "Rabitəbank", "İnkişaf üçün maliyyə" bank olmayan kredit təşkilatı, "Ansar Leasing" və digərləri qoşulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti