...

KATV1 2 dəfə ucuz yüksək sürətli internet təklif edir

Telekommunikasiya Materials 12 May 2015 11:48 (UTC +04:00)
KATV1 2 dəfə ucuz olan yüksək sürətli internet təklif edir
KATV1 2 dəfə ucuz yüksək sürətli internet təklif edir

Azərbaycan, Bakı, 12 may /Trend/

KATV1 2 dəfə ucuz yüksək sürətli internet təklif edir.

Trend-in məlumatına görə, tanınmış telekommunikasiya operatoru KATV1 5 Mb/s internet paketinə qoşulanlar üçün "2x2" kampaniyasına start verir. Kampaniya çərçivəsində adı çəkilən paketə qoşulanlar 8-12 Mb/s sürətində internetlə təmin olunacaqlar.

Kampaniyanın əsas məqsədləqindən biri KATV1 internet-istifadəçilərinə bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində idman yarışlarını internetdən izləmələri üçün daha geniş imkanlar yaratmaqdır.

Kampaniya 15 may - 31 avqust tarixlərində keçiriləcək. Daha ətraflı məlumat üçün 127 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti