...

Azərbaycanın poçt operatoru korporativ informasiya sistemini yeniləyir

Telekommunikasiya Materials 14 May 2015 00:28 (UTC +04:00)
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC "Colvir Postal System" (CPS) avtomatlaşdırılmış korporativ informasiya sistemini yeniləməyə hazırlaşır.
Azərbaycanın poçt operatoru korporativ informasiya sistemini yeniləyir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC "Colvir Postal System" (CPS) avtomatlaşdırılmış korporativ informasiya sistemini yeniləməyə hazırlaşır. Bu barədə Trend-ə MMC-dən məlumat verilib.

CPS-in yenilənməsi üzrə işlər iyunda başlayacaq. Korporativ sistemdə yeni modulların instalyasiyası poçt operatoruna imkan verəcək ki, onun bazasında yeni maliyyə xidmətləri təqdim etsin.

MMC-dən bildiriblər ki. CPS-in bu versiyasındakı yeniliklərdən biri internet-bankçılıq xidməti olacaq. "Azərpoçt" plastik kartlarına malik şəxslər bu xidmətdən yararlana biləcək. İnternet-bankçılıq xidmətinin ilin sonunda işə düşəcəyi gözlənilir.

Qeyd edək ki, internet-bankçılıq xidməti kart hesabına nəzarət etməyə, hesabda qalan pul vəsaiti barədə məlumat almağa, aparılan əməliyyatların çıxarışını əldə etməyə, ödəniş aparmağa, bir kart hesabından digərinə pul vəsaiti köçürməyə, kartı bloklamağa və s. imkan verir.

Hazırda Azərbaycan poçtu debet kartlar buraxır. Kartların ümumi sayı 23 mindir, bunlardan 11 mini aktivdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti