...

Azercell-in "1002" qısa nömrəsi DİN-ə verildi

Telekommunikasiya Materials 13 May 2015 17:59 (UTC +04:00)
"Azercell Telecom" mobil operatorunun fakturasız xətt abunəçilərinin məlumatlandırılması üçün daha əvvəl istifadə edilən "1002" qısa nömrəsi Daxili İşlər Nazirliyinin (DİN) sərəncamına verilib.
Azercell-in "1002" qısa nömrəsi DİN-ə verildi

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Hüseyn Vəliyev/

"Azercell Telecom" mobil operatorunun fakturasız xətt abunəçilərinin məlumatlandırılması üçün daha əvvəl istifadə edilən "1002" qısa nömrəsi Daxili İşlər Nazirliyinin (DİN) sərəncamına verilib. Bunu Trend-ə şirkətdən deyiblər.

Qısa nömrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə xidməti zərurilik üçün verilib və qurumun "qaynar xətti" üçün istifadə olunacaq.

"1002" nömrəsinin tətbiqi bütün operatorlar üçün məcburi olduğuna görə, SimSim abonentləri balans haqqında məlumatı "2112" nömrəsi ilə əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti