...

Ailə TV-dən abunəçilərə Qurban Bayramı hədiyyəsi

Telekommunikasiya Materials 23 Sentyabr 2015 14:29 (UTC +04:00)
Ailə TV qarşıdan gələn Qurban bayramı münasibətilə xalqımızı təbrik edir. Edilən duaların, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayır.
Ailə TV-dən abunəçilərə Qurban Bayramı hədiyyəsi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Ailə TV qarşıdan gələn Qurban bayramı münasibətilə xalqımızı təbrik edir. Edilən duaların, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayır.

"Caspian Telecom" mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram günlərində abunəçiləri sevindirmək məqsədilə 24 sentyabrdan 27 sentyabradək Ailə TV rəqəmsal yayımda təqdim olunan Fərdi seçim paketin bütün 70 TV kanalı açıq şəkildə, pulsuz yayımlacaq.

Bundan əlavə, Ailə NET internet abunəçiləri üçün də xüsusi hədiyyə hazırlayan şirkət, internetin sürətini də artıracaq.

Belə ki, 24 sentyabrdan etibarən minimal internet paketinin sürəti 8 mbit/s-ə qaldırılacaq. Bu halda minimal aylıq abunə haqqı standart 13 AZN olaraq, dəyişməz qalacaq. 8 mbit/s tarif planın abunəçiləri gecə saat 01:00-dan səhər saat 09:00-dək 10 mbit/s-dək internet sürətində istifadə edə biləcəklər.

Eləcə də, 10; 12; və 15 mbit/s sürət paketlərinin da qiymətini endirəcək Ailə NET, həmin paketlərin abunə haqqını müvafiq olaraq 23; 30; və 35 AZN edəcək.

Qeyd edək ki, ən son FTTB texnologiyasından istifadə edən Ailə NET, Bakı və Gəncə sakinlərinə 100 mb/s-dək genişzolaqlı fiber-optik internet xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti