...

KATV1 Rusiya və MDB-nin “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı olacaq

Telekommunikasiya Materials 10 Noyabr 2015 14:43 (UTC +04:00)
Azərbaycanın kabel televiziya operatoru KATV1 Rusiya və MDB ölkələrində çoxkanallı rəqəmsal televiziya sahəsində keçirilən Rusiyanın və MDB məkanının 7-ci “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı statusunu alacaq.
KATV1 Rusiya və MDB-nin “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı olacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Azərbaycanın kabel televiziya operatoru KATV1 Rusiya və MDB ölkələrində çoxkanallı rəqəmsal televiziya sahəsində keçirilən Rusiyanın və MDB məkanının 7-ci "Böyük Rəqəm - 2016" Milli Mükafatının tərəfdaşı statusunu alacaq.

Rusiyanın Kabel Televiziyası Assosiasiyası və "Midekspo" şirkəti həm peşəkar jüri, həm də onlayn səsvermə vasitəsilə tamaşaçılar tərəfindən müəyyən ediləcək qaliblərin müvafiq nominasiyalarını elan etdi. Mükafatın qalibləri 2016-cı il yanvar ayının sonunda təntənəli mərasim zamanı elan olunacaq.

"Operator-şirkət" kateqoriyası

Bazarın intensiv inkişaf mərhələsinə keçidi şəraitində operator-şirkətin ən yaxşı biznes-strategiyası (10 000 - 100 000 abunəçi bazası olan operatorlar);

Bazarın intensiv inkişaf mərhələsinə keçidi şəraitində operator şirkətin ən yaxşı biznes-strategiyası (100 000-dən çox abunəçi bazası olan operatorlar);

TV operatorlarının və multiservis şəbəkələrinin ən yaxşı B2B layihəsi.

"Texnologiyalar və avadanlıq" kateqoriyası
IP TV & OTT TV üçün ən yaxşı platform;
OTT və hibrid qəbul üçün ən yaxşı TV qəbuledici;
Ən yaxşı "bulud" həlli;
Son istifadəçilər üçün onlayn video-servisin ən yaxşı istifadəçi interfeysi;
Multisevis şəbəkəsinin ən yaxşı kompleks layihəsi.

"Telekanallar" kateqoriyası

Informasiya-biznes telekanalı;
Sənədli-maarifləndirici telekanal;
Əyləncə telekanalı;
İdman telekanalı;
Musiqi telekanalı;
Filmlər telekanalı;
Seriallar telekanalı;
Uşaqlar üçün telekanal;

Qeyd etmək lazımdır ki, "Böyük Rəqəm" Milli Mükafatı regionun televiziya və telekommunikasiya sahəsindəki müasir tendensiyaları gündəmə gətirən illik göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti