...

Nazir müavini: Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb

Telekommunikasiya Materials 1 Mart 2016 12:42 (UTC +04:00)
Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb.
Nazir müavini: Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "İnternet və insan hüquqları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda internetə qoşulmaların ümumi sayının təqribən 65 faizi genişzolaqlı internet xidmətlərinin payına düşür: "Azərbaycan ərazisi mobil rabitə ilə tam əhatə olunub. Hazırda Azərbaycanda internetə giriş tam azaddır və provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmur".

Nazir müavini Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramındakı rolunu qeyd edib və ölkənin Aİ ilə əməkdaşlığa maraq göstərdiyini bildirib: "Nazirlik hazırda "Şərq tərəfdaşlığı" çərçivəsində rəqəmsal bazarlarının harmonizasiyası üzrə strateji təşəbbüsdə iştirak edir və onun respublikada əlaqələndiricisi qismində çıxış edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti